İspaniya millisinin baş məşqçisi: Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim

İspaniya millisinin baş məşqçisi: Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim Futbolçularımın hücum üçün doğru anları axtarmalarını istədim.
Futbol
1 İyul , 2024 02:40
İspaniya millisinin baş məşqçisi: Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim

Futbolçularımdan hücum üçün doğru anları axtarmalarını istədim.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki. bunu İspaniya millisinin baş məşqçisi Luis De La Fuente Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Gürcüstanla oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis futbolçulara narahat olmamalarını tapşırdığını söyləyib: "Fasilədə mesajım ilk hissədə dediyim sözlər idi. Narahatlıq, stressli qərarlar olmamalıdır. Qol vurmayanda narahatlığın artığını gördüm. Bu isə gərginliyə səbəb ola bilərdi. Ona görə də bunu ağıllarından çıxarmalarını istədim".

Qeyd edək ki, İspaniya - Gürcüstan matçında birincilər 4:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi