İspaniya məhkəməsi Neymara bəraət verib
Futbol
- 13 dekabr, 2022
- 15:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya məhkəməsi braziliyalı futbolçu Neymarın 2013-cü ildə Braziliyanın “Santos” klubundan İspaniya “Barselona”sına transferi ilə bağlı qaldırılan dələduzluq işinə xitam verib.
“Report”un yerli mətbuata istinadən məlumatına görə, həm 30 yaşlı hücumçu, həm də keçid zamanı maliyyə yeyintisində günahlandırılan digər şəxslər bəraət alıblar.
Məhkəmədə müqavilənin saxta olması sübuta yetirilməyib və oyunçunun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyən Braziliyanın DIS şirkətinin şikayəti rədd edilib.
Neymarla yanaşı, onun valideynlərinə, “Santos” klubunun keçmiş prezidenti Odilio Rodrigesə, həmçinin “Barselona”nın sabiq rəhbərləri Sandro Rosel və Xosep Bartomeuya da bəraət verilib.
Son xəbərlər
16:52
Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib
Xarici siyasət16:51
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, altı nəfər ölüb
Region16:51
AİİB-in 12-ci İllik Toplantısı Azərbaycanda keçiriləcək
Maliyyə16:50
Mahir Məmmədov: "Olimpiadanın nəticələrini təhlil edərək hazırlıq proqramını gücləndirəcəyik"
Fərdi16:43
Foto
Gürcüstanda NATO təlimi başlayıb
Region16:43
InvestAZ PRO yeni kampaniya filmini təqdim edib!
Maliyyə16:40
Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsulları istehsal edəcək
Sənaye16:39
Daşkənddə "Qaynana" tamaşası nümayiş olunacaq
Xarici siyasət16:38