Daşkənddə "Qaynana" tamaşası nümayiş olunacaq
- 29 sentyabr, 2026
- 16:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Daşkənddə "Qaynana" tamaşası təqdim ediləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial media hesabında paylaşım edib.
Səfir bildirib ki, tamaşa Azərbaycan teatr və kino aktrisası Nəsibə Zeynalovanın 110 illik yubileyinə həsr olunacaq.
Qeyd edək ki, tamaşa oktyabrın 8-i saat 18:00-da Muqimiy adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında ödənişsiz nümayiş olunacaq.
🇦🇿🇺🇿 Daşkənddə “Qaynana” tamaşası nümayiş olunacaq
— Dr. Rashad Mammadov (@R_Eynaddinoglu) September 29, 2026
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında görkəmli Azərbaycan teatr və kino aktrisası Nəsibə Zeynalovanın 110 illik… pic.twitter.com/hhLmx2oPNn