İspaniya La Liqasının rəsmi səhifəsi millimizin yeni baş məşqçisini təbrik etdi

İspaniya La Liqasının rəsmi səhifəsi millimizin yeni baş məşqçisini təbrik etdi İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına biganə qalmayıb.
Futbol
31 İyul , 2020 10:44
İspaniya La Liqasının rəsmi səhifəsi millimizin yeni baş məşqçisini təbrik etdi
Canni De Byazi

İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına biganə qalmayıb.

"Report"un məlumatına görə, bu münasibətlə italiyalı mütəxəssisə təbrik ünvanlanıb.

AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA".

64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves" (2017/2018) klublarına başçılıq edib.

Qeyd edək ki, Canni De Byazi dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi