İspaniya Kubokunun yarımfinalında El Klasiko olacaq

Futbol
  • 30 yanvar, 2023
  • 12:31
İspaniya Kubokunun yarımfinalında El Klasiko olacaq

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, bu raundda "Real Madrid" "Barselona"ya rəqib olub.

Digər yarımfinal cütündə isə "Atletik" (Bilbao) və "Osasuna" komandaları üz-üzə gələcək.