İspaniyanın "Espanyol" komandasının yeni baş məşqçisi açıqlanıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Dieqo Martinesə tapşırılıb.
44 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Martines bu postda çempionatın bitməsinə iki tur qalmış istefaya göndərilən Visento Morenonu əvəzləyib.
Qeyd edək ki, "Espanyol" La Liqanı 42 xalla 14-cü pillədə başa vurub.