İspaniya klubunun futbolçusu irqçi təhqirə məruz qaldı

İspaniya klubunun futbolçusu irqçi təhqirə məruz qaldı İspaniyanın "Valensiya" komandasının futbolçusu Muktar Dyakabi irqçi təhqirlərə məruz qalıb
Futbol
4 Aprel , 2021 23:42
İspaniya klubunun futbolçusu irqçi təhqirə məruz qaldı

İspaniyanın "Valensiya" komandasının futbolçusu Muktar Dyakabi irqçi təhqirlərə məruz qalıb.

"Report"un məlumatına görə, bu, "Kadis"lə La Liqa matçında baş verib.

İlk yarıda rəqib komandanın oyunçusu Xuan Kala Qvineya əsilli fransalı müdafiəçiyə nə isə deyib. Bundan sonra Dyakabi oyunu dayandıraraq, meydanı tərk etməyi qərara alıb.

Onun arxasınca komanda yoldaşları da gedib. Bir müddət sonra müdafiəçi komanda yoldaşlarından geri qayıtmalarını və sonadək oynamalarını xahiş edib, özü isə əvəzlənib.

Yekunda "Valensiya" 1:2 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi