İspaniya Futbol Federasiyasının sabiq prezidenti 15 il həbs cəzası ala bilər

İspaniya Futbol Federasiyasının sabiq prezidenti 15 il həbs cəzası ala bilər İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Anxel Mariya Vilyar 15 il həbs cəzası ala bilər.
Futbol
27 mart 2025 14:55
İspaniya Futbol Federasiyasının sabiq prezidenti 15 il həbs cəzası ala bilər

İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Anxel Mariya Vilyar 15 il həbs cəzası ala bilər.

"Report" xəbər verir ki, bu barədə ölkənin "Marca" nəşri məlumat yayıb.

Ölkə prokurorları funksionerin bu müddətdə həbsini istəyiblər.

Vilyar vəzifə səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada və 2007-2017-ci illər aralığında bağlanmış müqavilələr üzrə vəsaitləri mənimsəməkdə ittiham olunub. Federasiyaya dəyən ziyan 4,5 milyon avro təşkil edib.

Müstəntiqlərin fikrincə, Vilyar vəzifəsindən oğlu Qorka Vilyarın maraqlarına uyğun gəlirli müqavilələr əldə etmək üçün istifadə edib. O, yoldaşlıq oyunları təşkil etmək üçün digər ölkələrin futbol federasiyaları ilə müqavilələr bağlayıb. Q.Vilyar şirkəti vasitəsi ilə rəqibləri müəyyənləşdirib, bu da RFEF-yə maddi ziyan vurub.

Son xəbərlər

Orphus sistemi