İsmayıllıda futbol komandası yaradılacaq

İsmayıllıda futbol komandası yaradılacaq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov regionlara səfəri çərçivəsində İsmayıllı rayonunda olub.
Futbol
438
1 Oktyabr , 2021 12:45
İsmayıllıda futbol komandası yaradılacaq

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov regionlara səfəri çərçivəsində İsmayıllı rayonunda olub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Elxan Məmmədov İsmayıllıda süni örtüklü meydança inşa olunması üçün münasib ərazilərə baxış keçiriblər.

Müvafiq ərazidə yaxın zamanlarda AFFA tərəfindən iki ədəd süni örtüklü meydançanın inşa olunacağı müəyyənləşdirilib.

Bundan başqa, AFFA və İcra Hakimiyyəti rəhbərliyi arasında müzakirələrdən sonra Region Liqası turnirində cari mövsümdən etibarən İsmayıllı rayonunu təmsil edən komandanın çıxış etməsi barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi