İslamiada: Azərbaycanın futbol yığması mükafatlandırılıb

İslamiada: Azərbaycanın futbol yığması mükafatlandırılıb Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan futbol üzrə Azərbaycan milli komandası mükafatlandırılıb.
Futbol
16 Avqust , 2022 21:06
İslamiada: Azərbaycanın futbol yığması mükafatlandırılıb

Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan futbol üzrə Azərbaycan milli komandası mükafatlandırılıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu kollektivə bürünc medallar təqdim olunub. Medalları Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay təqdim edib.

Finalda Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələn Türkiyə yığmasına qızıl medalları gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu verib. Digər finalçı isə gümüş medallara layiq görülüb.

Qeyd edək ki, Azərbaycan millisi 3-cü yer uğrunda oyunda Əlcəzairi məğlub edib.

Son xəbərlər

Orphus sistemi