İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra qovula bilər

İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra qovula bilər DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya yığmasında baş məşqçi dəyişikliyi ola bilər.
Futbol
21 Sentyabr , 2021 14:22
İrlandiya millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra qovula bilər
Stiven Kenni

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya yığmasında baş məşqçi dəyişikliyi ola bilər.

"Report"un məlumatına görə, bu barədə "Punditarena" nəşrinə açıqlamasında komandanın sabiq futbolçusu Toni Kaskarino bildirib.

59 yaşlı keçmiş hücumçunun sözlərinə görə, İrlandiya Futbol Assosiasiyası hazırkı baş məşqçi Stiven Kennini dəstəkləyir, lakin uğursuz nəticələr onun istefasına gətirib çıxaracaq.

Kaskarino irlandiyalı sabiq oyunçu Kris Hyutonun bu posta əsas namizəd olduğunu və Kennidən sonra milliyə rəhbərlik edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, İrlandiya seçmə mərhələdə növbəti görüşünü oktyabrın 9-da Bakıda Azərbaycana qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlanacaq. Komandalar arasında V tura təsadüf edən matç 1:1 hesabı ilə bitib.

Son xəbərlər

Orphus sistemi