İrlandiyalı mütəxəssis: "Zubir öz mövqeyində hər kəsdən fərqlənir"

İrlandiyalı mütəxəssis: "Zubir öz mövqeyində hər kəsdən fərqlənir" "Zubirin əla tarazlığı var və hə iki ayağı ilə möhtəşəm oynayır".
Futbol
17 Avqust , 2021 12:03
İrlandiyalı mütəxəssis: Zubir öz mövqeyində hər kəsdən fərqlənir

"Zubirin əla tarazlığı var və hə iki ayağı ilə möhtəşəm oynayır".

"Report"un məlumatına görə, bunu irlandiyalı veteran futbolçu Pet Fenlon "msn.com" saytına açıqlamasında Şotlandiya "Aberdin"inin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir barədə danışarkən deyib.

2011 - 2013-cü illərdə ölkəsinin "Hibernians" klubunda mərakeş əsilli fransalı yarımmüdafiəçinin baş məşqçisi olmuş 52 yaşlı mütəxəssis Ağdam təmsilçisinin heyətində keçmiş oyunçusunu fərqləndirib. O bildirib ki, 30 yaşlı yarımmüdafiəçinin topla rəftarı, meydanı görmə bacarığı və mövqe duyumu çox yaxşıdır: "O, sadə oynayır, futbolçuları başına yığıb, aldatmağı xoşlayır. Zubir öz mövqeyində hər kəsdən fərqlənir".

Abdullah Zubir 2013/2014 mövsümündə icarə əsasında "Hibernians"ın formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 17-də Bakıda, ikinci qarşılaşma isə avqustun 26-da səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi