İrlandiyalı futbolçu: "Azərbaycanla oyun bizim üçün çətin keçəcək"

İrlandiyalı futbolçu: "Azərbaycanla oyun bizim üçün çətin keçəcək" "Azərbaycan komandasının FİFA reytinqində aşağı pillələrdə yer alması o qədər də əhəmiyyətli deyil. İstənilən rəqiblə oyunda təzyiq olur. Hətta Andorra ilə matçda da bunu hiss edə bilərsiniz".
Futbol
7 Oktyabr , 2021 10:43
İrlandiyalı futbolçu: Azərbaycanla oyun bizim üçün çətin keçəcək
Cemi Makqrat

"Rəqibimizin FİFA reytinqində aşağı pillələrdə yer alması o qədər də əhəmiyyətli deyil. İstənilən rəqiblə oyunda təzyiq olur. Hətta Andorra ilə matçda da bunu hiss edə bilərsiniz".

"Report"un məlumatına görə, bu fikirləri İrlandiya yığmasının futbolçusu Cemi Makqrat Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "İndependent" nəşrinə açıqlamasında deyib.

Şotlandiyanın "Sent-Mirren" klubunda çıxış edən 26 yaşlı vinger futbolda heç vaxt asan qarşılaşma olmadığını bildirib: "Azərbaycana favorit kimi gedirik, amma bizim üçün çətin oyun olacaq. İşləri qaydasına salmaq üçün bu həftə çox iş görməliyik. Yaxşı məşq keçməli və şənbə günü qələbə üçün çalışmalıyıq. Bakıda qalib gələ biləcəyimizə ümid edirəm”.

Makqrat İrlandiya “Dandolk”unun heyətində "Qarabağ"a qarşı 2019/2020 mövsümündə keçirdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarını da xatırlayıb. "Evdə rəqibi məğlib etməli idik. Ən azı iki qol vura bilərdik, mənim də fərqlənmə şansım oldu. Səfərdə isə bunun cəzasını çəkdik. Avrokuboklardakı bu cür oyunlar insanın gözlərini açır. Ələ düşən imkanı dəyərləndirməsəniz və rəqibə kiçik boşluq versəniz, cəzalanacaqsınız. Bu, səhvlərə görə bizi cəzalandıran komandalarla ilk təcrübəm idi".

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. İrlandiyada "Dandolk"la 1:1 hesablı heç-heçə edən Ağdam təmsilçisi Bakıda 3:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi