İrlandiya yığmasının baş məşqçisinə qarşı araşdırmalara başlanıldı

İrlandiya yığmasının baş məşqçisinə qarşı araşdırmalara başlanıldı Irlandiya Futbol Assosiasiyası (FAI) milli komandanın baş məşqçisi Stiven Kenniyə qarşı araşdırmalara başlayıb.
Futbol
224
20 Noyabr , 2020 11:03
İrlandiya yığmasının baş məşqçisinə qarşı araşdırmalara başlanıldı
Stiven Kenni

Irlandiya Futbol Assosiasiyası (FAI) milli komandanın baş məşqçisi Stiven Kenniyə qarşı araşdırmalara başlayıb.

"Report"un məlumatına görə, buna 49 yaşlı mütəxəssisin İngiltərə ilə yoldaşlıq görüşündən öncə futbolçulara rəqib əleyhinə siyasi xarakterli motivasiya videosu nümayiş etdirməsi səbəb olub. Görüntülərdə İngiltərə ilə tarixi münasibətlər əksini tapıb. Kadrların bir hissəsi İrlandiya tarixindəki həlledici hadisələrə - 1916-cı il üsyanına və Respublikanın qurulmasına həsr olunub. Digər hissədə isə futboldakı qələbələr yer alıb.

Videoçarx futbolçular və məşqçi heyətinə oyun günü - noyabrın 12-də göstərilib.

Qeyd edək ki, yoldaşlıq görüşü İngiltərə millisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. Stiven Kenni İrlandiya yığmasına bu ilin aprelində baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi