İrlandiya yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

İrlandiya yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb 2022-ci dünya çempionatının seçmə oyununda Azərbaycanın qonağı olacaq İrlandiya seçməsinin heyəti açıqlanıb.
Futbol
198
30 Sentyabr , 2021 15:46
İrlandiya yığması Azərbaycan millisi ilə oyun üçün heyətini açıqlayıb

2022-ci il dünya çempionatının seçmə oyununda Azərbaycan milli komandasının qonağı olacaq İrlandiya seçməsinin heyəti açıqlanıb.

"Report" xəbər verir ki, baş məşqçi Stiven Kenni 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: Qavin Bazunu ("Mançester Siti", İngiltərə), Kuivin Kelleher ("Liverpul", İngiltərə), Mark Travers ("Bornmut", İngiltərə)

Müdafiəçilər: Mett Doerti ("Tottenhem", İngiltərə), Sayrus Kristi ("Fulhem", İngiltərə), Şeyn Daffi ("Brayton", İngiltərə), Con İqan ("Şeffild Yunayted", İngiltərə), Enda Stivens ("Şeffild Yunayted", İngiltərə), Ceyms Makkleyn ("Uiqan", İngiltərə), Rayan Manninq ("Suonsi", Uels), Andryu Omobamidele ("Norviç", İngiltərə), Natan Kollins ("Börnli", İngiltərə)

Yarımmüdafiəçilər: Konor Hurihan ("Aston Villa", İngiltərə), Coş Kallen ("Anderlext", Belçika), Ceff Hendrik ("Nyukasl", İngiltərə), Ceyson Nayt ("Derbi Kaunti", İngiltərə), Cemi Makqrat ("Sent-Mirren", Şotlandiya), Harri Arter ("Nottingem Forest", İngiltərə) 

Hücumçular: Kallum Robinson ("Vest Bromviç", İngiltərə), Aaron Konnolli ("Brayton", İngiltərə), Ceyms Kollins ("Kardiff", İngiltərə), Daril Horqan ("Uikom Uonderers", İngiltərə), Adam Ayda ("Norviç", İngiltərə), Troy Parrott ("Tottenhem", İngiltərə), Çidozi Oqbene ("Roterhem Yunayted", İngiltərə), Uil Kin ("Uiqan", İngiltərə)

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi