İranlı hücumçu qol sevincinə görə futboldan kənarlaşdırıldı

İranlı hücumçu qol sevincinə görə futboldan kənarlaşdırıldı Asiya Futbol Konfederasiyası (AFC) İranın "Persepolis" komandasının hücumçusu İsa Alekasiri sərt cəzalandırıb.
Futbol
8 Oktyabr , 2020 10:59
İranlı hücumçu qol sevincinə görə futboldan kənarlaşdırıldı

Asiya Futbol Konfederasiyası (AFC) İranın "Persepolis" komandasının hücumçusu İsa Alekasiri sərt cəzalandırıb.

"Report" xəbər verir ki, buna 30 yaşlı forvardın Çempionlar Liqasının 1/4 final mərhələsinin Özbəkistan "Paxtakor"u ilə matçında nümayiş etdirdiyi qol sevinci səbəb olub.

O, ikinci hissənin əvvəlində fərqləndikdən sonra "qıyıq göz" işarəsi göstərib. Alekasirin hərəkətində irqçilik tərkibi olduğu qənaətinə gələn AFC-nin Nizam-İntizam Komitəsi oyunçunu 6 ay müddətinə futboldan kənarlaşdırıb. Futbolçu həmçinin 10 000 ABŞ dolları məbləğində cərimələnib.

Qeyd edək ki, sözügedən qarşılaşmada 2:0 hesablı qələbə qazanan "Persepolis" yarımfinala adlayıb.

 İsa Alekasiri
İsa Alekasiri

Son xəbərlər

Orphus sistemi