İranda futbol matçının canlı yayımı qadın hakimə görə dəfələrlə kəsildi

İranda futbol matçının canlı yayımı qadın hakimə görə dəfələrlə kəsildi İranın dövlət telekanalında İngiltərə Premyer Liqasının XXXI turunun "Tottenhem" - "Mançester Yunayted" oyununun canlı yayımı dəfələrlə kəsilib.
Futbol
341
14 Aprel , 2021 23:42
İranda futbol matçının canlı yayımı qadın hakimə görə dəfələrlə kəsildi

İranın dövlət telekanalında İngiltərə Premyer Liqasının XXXI turunun "Tottenhem" - "Mançester Yunayted" oyununun canlı yayımı dəfələrlə kəsilib.

"Report"un məlumatına görə, buna matçın yan xətt hakiminin qadın olması səbəb olub.

Sian Messi adlı hakim meydana qaydalara uyğun olaraq, şort və dizliklə çıxıb. O, hər dəfə ekranda görünəndə telekanal "Tottenhem" stadionunun yuxarıdan çəkilmiş görüntüsünü nümayiş etdirib. Nəticədə yayım 100 dəfədən çox kəsilib.

Qeyd edək ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi