İran telekanalı qadın baş hakimə görə Superkubok matçını yayımlamadı

İran telekanalı qadın baş hakimə görə Superkubok matçını yayımlamadı Almaniya Super Kuboku uğrunda "Bavariya" və Dortmund "Borussiya"sı arasında keçirilmiş oyun İranda yayımlanmayıb.
Futbol
1746
1 Oktyabr , 2020 13:01
İran telekanalı qadın baş hakimə görə Superkubok matçını yayımlamadı

Almaniya Super Kuboku uğrunda "Bavariya" və Dortmund "Borussiya"sı arasında keçirilmiş oyun İranda yayımlanmayıb.

"Report" "Iran News Wire" nəşrinə istinadən xəbər verir ki, matçın baş hakimi qadın olduğu üçün dövlət televiziyası canlı yayımı ləğv edib.

Qarşılaşma Münhen klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, oyunu Bibiana Ştaynxaus idarə edib. Bu, 41 yaşlı ədalət təmsilçisinin karyerasında son matç olub. Ştaynxaus Almaniyada kişilər arasında peşəkar komandaların oyunlarını və Superkubok matçını idarə etmiş ilk referi kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi