İran millisinin keçmiş oyunçusu koronavirusdan vəfat etdi

İran millisinin keçmiş oyunçusu koronavirusdan vəfat etdi İran veteran futbolçu Mehrdad Minavənd koronavirusdan 46 yaşında vəfat edib.
Futbol
28 Yanvar , 2021 13:57
İran millisinin keçmiş oyunçusu koronavirusdan vəfat etdi
Mehrdad Minavənd

İranın veteran futbolçusu Mehrdad Minavənd koronavirusdan vəfat edib.

“Report” “SəhərAzəri”yə istinadən xəbər verir ki, o, 46 yaşında dünyasını dəyişib.

Yanvarın 21-də koronavirus diaqnozu ilə Tehrandakı xəstəxanalardan birinə yerləşdirilən sabiq oyunçu 6 gün sonra ölüb.

Qeyd edək ki, Mehrdad Minavənd 1975-c il noyabrın 30-da Tehranda anadan olub. O, İranın “Persepolis”, Avstriyanın “Şturm", Belçikanın “Şarlerua”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şəbab”, həmçinin İranın “Keşavərz”, “Sepahan”və başqa klublarında oynayıb. Minavənd 1998-ci ildə dünya çempionatında İran millisinin heyətində yer alıb.

Son xəbərlər

Orphus sistemi