İran millisinin futbolçusu Fransa klubuna keçir

İran millisinin futbolçusu Fransa klubuna keçir Rusiyanın "Zenit" klubunun futbolçusu Serdar Azmun karyerasını Fransada davam etdirə bilər.
Futbol
755
24 Avqust , 2021 12:17
İran millisinin futbolçusu Fransa klubuna keçir
Serdar Azmun

Rusiyanın "Zenit" klubunun futbolçusu Sərdar Azmun karyerasını Fransada davam etdirə bilər.

"Report" "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, "Lion" 26 yaşlı hücumçu ilə maraqlanır.

Bildirilib ki, baş məşqçi Petr Bos iranlı oyunçunun keçidini prioritet hesab edir. Fransa təmsilçisi Azmun üçün menecerlərlə əlaqə saxlayır və transfer dönəmi bitməmiş onu heyətinə cəlb etməyə çalışır.

Qeyd edək ki, Sərdar Azmun 2019-cu ildən "Zenit"in formasını geyinir. İran millisinin üzvü 89 matçda 57 qol vurub. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi