İqor Ponomaryov: "Maqsud Adıgözəlov "Sabah"ın inkişafını təkcə istəmir"

İqor Ponomaryov: "Maqsud Adıgözəlov "Sabah"ın inkişafını təkcə istəmir" "Maqsud Adıgözəlov "Sabah"ın inkişafını arzulayır".
Futbol
17 May , 2022 23:00
İqor Ponomaryov: Maqsud Adıgözəlov Sabahın inkişafını təkcə istəmir

"Maqsud Adıgözəlov "Sabah"ın inkişafını arzulayır".

Bunu "Report"a müsahibəsində "Sabah"ın idman direktoru və Müşahidə Şurasının üzvü İqor Ponomaryov paytaxt klubunun prezidenti Maqsud Adıgözəlovun bu qədər uğursuzluğa baxmayaraq, postunda qalma səbəbi barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, I Diviziondan çıxan komandanın Azərbaycan futbolunun liderlərindən birinə çevrilməsi birmənalı şəkildə Adıgözəlovun işinin nəticəsidir: "O, klubun inkişafını təkcə istəmir, həm də bu yöndə çalışır. Əlindən gələni edir ki, "Sabah" daha perspektivli olsun və Azərbaycanı Avropa arenasında layiqincə təmsil etsin. Dediyim kimi, nəticə baxımından uğursuzluq hər komandada ola bilər. Nəyin necə olacağını bilmək olmur. Adıgözəlov Ramin Quliyevin də sonadək qalıb işləməsinə çalışdı. Amma elə alındı ki, Quliyevlə yollar ayrıldı və yeni baş məşqçi dəvət olundu. Klub prezidenti təkcə əsas komandanın deyil, aşağı yaş qruplarının inkişafı üçün də əlindən gələni edir. Adıgözəlov haqqında ancaq müsbət fikirlər səsləndirə bilərəm".

Ponomaryov "Sabah"ın yeni yaranmış klub olduğunu xatırladıb: "Komandanın cəmi 5 yaşı var. Özüm 2018-ci ildən klubun Müşahidə Şurasında yer alıram. Hər yerdə və hər zaman demişəm ki, komandada ən perspektvli şəxslər çalışır. Biz Azərbaycanda futbolun inkişafını istəyən insanlarıq. Bununla bağlı məndən başqa cavab almayacaqsınız" .

İqor Ponomaryovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi