İspaniyalı futbolçu Andres İnyesta Yaponiya "Vissel Kobe"si ilə müqaviləsini uzadıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, yeni sözləşmə 2023-cü ilədək nəzərdə tutulub.
Bu komanda ötən mövsüm 34 oyundan 36 xalla 14-cü yeri tutub. 37 yaşlı yarımmüdafiəçi isə 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Andres İnyesta "Vissel Kobe"yə 2018-ci ildə İspaniya "Barselona"sından keçib. Təcrübəli futbolçu bu mövsüm 3 oyuna çıxıb.
O, İspaniya yığmasında dünya və Avropa çempionu, "Barselona"da 9 qat ölkə çempionu, kubokun 6 qat, Superkubokun 7 qat, Çempionlar Liqasının 4 qat, UEFA Super Kubokunun 3 qat qalibi və klublararası dünya çempionu olub. İnyesta "Vissel Kobe"də Yaponiya Kuboku və Super Kubokunu qazanıb.