"İnter" "Roma"nı səfərdə məğlub edib

"İnter" "Roma"nı səfərdə məğlub edib İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Roma" və "İnter" komandaları arasında keçirilib.
Futbol
214
4 Dekabr , 2021 23:38
İnter Romanı səfərdə məğlub edib

İtaliya A Seriyasında XVI turun mərkəzi görüşü "Roma" və "İnter" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 15-ci dəqiqədə Hakan Çalhanoğlu açıb. Türkiyə milllisinin yarımmüdafiəçisi topu künc zərbəsindən birbaşa qapıya göndərib. Bundan 10 dəqiqə sonra Çalhanoğlu Edin Cekoya məhsuldar ötürmə verib. 39-cu dəqiqədə isə Denzel Dümfris matçda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xallarını 37-yə çatdıran "İnter" 2-ci pilləyə qalxıb. "Roma" isə 25 xalla 5-cidir.

Son xəbərlər

Orphus sistemi