"İnter" "Milan"ı darmadağın etdi

"İnter" "Milan"ı darmadağın etdi Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib
Futbol
21 Fevral , 2021 19:54
İnter Milanı darmadağın etdi

Futbol üzrə İtaliya A Seriyasında XXIII turun mərkəzi görüşü "Milan" və "İnter" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşma nominal qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

İlk 2 qolu 5-ci və 57-ci dəqiqələrdə Lautaro Martines vurub. Son nöqtəni isə 66-cı dəqiqədə Romelu Lukaku qoyub.

Bu nəticədən sonra xalını 53-ə çatdıran "İnter" liderliyini möhkəmlədib və ən yaxın izləyicisi "Milan"ı 4 xal geridə qoyub.

Son xəbərlər

Orphus sistemi