"İnter"in futbolçusu qeyri-etik ifadələr işlətdiyinə görə bir oyunluq cəza ala bilər

Futbol
  • 26 fevral, 2025
  • 19:03
İnterin futbolçusu qeyri-etik ifadələr işlətdiyinə görə bir oyunluq cəza ala bilər

İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martines qeyri-etik ifadələr işlətdiyinə görə bir oyunluq cəza ala bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, A Seriyasının XXV turunda "Yuventus"la keçirilən matçda söyüş söydüyü üçün diskvalifikasiya olunmaq təhlükəsi ilə üz-üzə qalıb.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm "İnter"in heyətində ümumilikdə 35 oyun keçirib və 16 qola imza atıb.

44 filmi