"İnter"in futbolçusu İtaliya Super Kubokunda yeni rekorda imza atıb

"İnter"in futbolçusu İtaliya Super Kubokunda yeni rekorda imza atıb "İnter" klubunun futbolçusu Aleksis Sançes İtaliya Super Kubokunda yeni rekorda imza atıb
Futbol
13 Yanvar , 2022 09:01
İnterin futbolçusu İtaliya Super Kubokunda yeni rekorda imza atıb
Aleksis Sançes

"İnter" klubunun futbolçusu Aleksis Sançes İtaliya Super Kubokunda yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu buna "Yuventus"u 2:1 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib.

120+1-ci dəqiqədə komandasına qələbə qazandıran çilili forvard turnir tarixinin ən gec qoluna imza atıb.

Əvvəlki rekord Qonsalo İquainə məxsus olub. O, 2014-cü ildə "Napoli"də çıxış edərkən 118-ci dəqiqədə "Yuventus"u məyus edib. Daha sonra Neapol təmsilçisi penaltilər seriyasında qələbə qazanıb - 6:5.

Qeyd edək ki, "İnter" tarixində 6-cı dəfə İtaliya Super Kubokuna sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi