"İnter" iki futbolçusu ilə vidalaşdı

"İnter" iki futbolçusu ilə vidalaşdı İtaliyanın "İnter" klubu iki futbolçusu ilə yollarını ayırıb.
Futbol
1 İyul , 2021 14:41
İnter iki futbolçusu ilə vidalaşdı
Eşli Yanq və Daniele Padelli

İtaliyanın "İnter" klubu iki futbolçusu ilə yollarını ayırıb.

"Report" Milan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi Eşli Yanq və italiyalı qapıçı Daniele Padellinin başa çatan müqavilələri yenilənməyib.

Ölkə çempionu hər iki oyunçuya uğurlar arzulayıb.

Qeyd edək ki, 2017-ci ildən "İnter"in formasını geyinən Padelli "Udineze"də, 2020-ci ilin əvvəlindən Milan klubunda çıxış edən Yanq isə ölkəsinin "Aston Villa" komandasında oynayacaq.

Son xəbərlər

Orphus sistemi