"İnter" "Atalanta"nı da məğlub etdi

"İnter" "Atalanta"nı da məğlub etdi Futbol üzrə İtaliya A Seriyasında XXVI turun mərkəzi görüşü "İnter" və "Atalanta" komandaları arasında keçirilib.
Futbol
9 Mart , 2021 01:39
İnter Atalantanı da məğlub etdi

Futbol üzrə İtaliya A Seriyasında XXVI turun mərkəzi görüşü "İnter" və "Atalanta" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, Milan şəhərindəki "Cüzeppe Meatsa" stadionunda təşkil olunmuş qarşılaşmadan meydan sahibləri qalib ayrılıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Milan Şkrinyar vurub.

Bu qələbədən sonra xalını 62-yə çatdıran "İnter" liderliyini möhkəmlədib. "Atalanta" isə 49 xalla 5-cidir.

Son xəbərlər

Orphus sistemi