"İnter" 1500-cü qələbəsini qazanıb

"İnter" 1500-cü qələbəsini qazanıb İtaliyanın "İnter" klubu A Seriyasında 1500-cü qələbəsini qazanıb
Futbol
22 Sentyabr , 2021 09:22
İnter 1500-cü qələbəsini qazanıb

İtaliyanın "İnter" klubu A Seriyasında 1500-cü qələbəsini qazanıb.

"Report" "OptaPaolo" nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi buna "Fiorentina"nı səfərdə 3:1 hesabı ilə məğlub etdiyi V tur oyununda nail olub.

Komanda A Seriyasında ilk qələbəsini 1929-cu ildə "Livorno"ya qarşı əldə edib. Yubiley 91 il 11 ay və 15 gün sonra gerçəkləşib.

Qeyd edək ki, 5 oyundan sonra 13 xal toplayan "İnter" A Seriyasında liderdir. Komanda 2020/2021 mövsümündə çempion olub.

Son xəbərlər

Orphus sistemi