İngiltərəli qapıçı penalti epizodları ilə bağlı "şparqalka" hazırlayıb

İngiltərəli qapıçı penalti epizodları ilə bağlı "şparqalka" hazırlayıb İngiltərənin "Everton" futbol klubunun qapıçısı Cordan Pikford evdə "Vest Hem"ə qarşı keçirdikləri Premyer Liqanın VIII tur oyunundan öncə maraqlı addım atıb
Futbol
18 Oktyabr , 2021 15:37
İngiltərəli qapıçı penalti epizodları ilə bağlı şparqalka hazırlayıb

İngiltərənin "Everton" futbol klubunun qapıçısı Cordan Pikford evdə "Vest Hem"ə qarşı keçirdikləri Premyer Liqanın VIII tur oyunundan öncə maraqlı addım atıb.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiper mümkün penalti epizodları zamanı topu qaytara bilmək üçün "şparqalka" hazırlayıb.

İngiltərəli qapıçı rəqib komandanın heyətində 11 metrlik cərimə zərbələrini yerinə yetirən futbolçuların topu çərçivənin hansı hissələrinə vurmaları ilə bağlı infoqrafik məlumatları su şüşəsinin üzərinə yerləşdirib.

Qeyd edək ki, qarşılaşma "Everton"un 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi