İngiltərəli hücumçu Mbappenin uğurunu təkrarladı

İngiltərəli hücumçu Mbappenin uğurunu təkrarladı Gənc forvard 21 yaşına çatmadan 1/4 finalda qol vuran ikinci oyunçu olub
Futbol
15 Aprel , 2021 09:10
İngiltərəli hücumçu Mbappenin uğurunu təkrarladı

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden Fransa PSJ-sində çıxış edən Kilian Mbappenin uğurunu təkrarlayıb.

"Report"un məlumatına görə, Foden buna Almaniyanın "Borussiya" (Dortmund) klubunu 2:1 hesabı ilə məğlub etdikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında nail olub.

İngiltərəli gənc forvard 21 yaşına çatmadan bu mərhələdə qol vuran ikinci oyunçu olub. Daha əvvəl bu uğuru Mbappe gerçəkləşdirib.

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında "Çelsi" "Real Madrid"lə, "Mançester Siti" isə PSJ ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi