İngiltərəli futbolçu Polşa millisində çıxış edəcək

İngiltərəli futbolçu Polşa millisində çıxış edəcək İngiltərənin "Aston Villa" klubunun futbolçusu Mettyu Keş Polşa millisində çıxış edəcək.
Futbol
269
26 Oktyabr , 2021 21:50
İngiltərəli futbolçu Polşa millisində çıxış edəcək

İngiltərənin "Aston Villa" klubunun futbolçusu Mettyu Keş Polşa millisində çıxış edəcək.

"Report"un məlumatına görə, 24 yaşlı müdafiəçi bu barədə özünün tvitter səhifəsində paylaşım edib.

İngiltərəli oyunçi futbol vətəndaşlığını dəyişdirdiyini açıqlayıb: "Mən və ailəm üçün çox vacib gündür. Polşa hökuməti vətəndaşlıqla bağlı müraciətimi qəbul edib. Ölkə prezidentinə, ailəmə və mənə kömək edən digər insanlara təşəkkürümü bildirirəm. Yeni çağırışların vaxtıdır. Bu ölkənin yığması üçün mümkün olan hər şeyi edəcəyəm".

Qeyd edək ki, Mettyu Keş cari mövsümdə İngiltərə Premyer Liqasında 9 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi