İngiltərə yığmasının baş məşqçisi: Bu, keçirdiyimiz ən yaxşı oyundur

İngiltərə yığmasının baş məşqçisi: Bu, keçirdiyimiz ən yaxşı oyundur Bu, keçirdiyimiz ən yaxşı oyundur.
Futbol
6 İyul , 2024 23:37
İngiltərə yığmasının baş məşqçisi: Bu, keçirdiyimiz ən yaxşı oyundur

Bu, keçirdiyimiz ən yaxşı oyundur.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında İsveçrə yığmasına qarşı keçirdikləri matçdan sonra deyib.

Mütəxəssis çətinliklə müdafiə olunduqlarını bildirib:

"Oyunçuların parlaq çıxış edəcəyini düşünürdüm. Biz onlara topla bağlı çox problem yaratdıq. İsveçrə həqiqətən yaxşı rəqibdir, təzyiq etmək, onlara qarşı müdafiə olunmaq çətindir. Yaxşı hərəkətlər edirlər. Yenidən geridən gəldik, xarakter və möhkəmlik göstərdik. Yalnız yaxşı oynamaq deyil, digər məqamların hamısını göstərməlisiniz".

Qeyd edək ki, İngiltərə millisi 1/4 finalda İsveçrəni penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.

Son xəbərlər

Orphus sistemi