İngiltərə Premyer Liqasının oyunu təxirə salınıb

Futbol
  • 15 dekabr, 2021
  • 18:04
İngiltərə Premyer Liqasının oyunu təxirə salınıb

Futbol üzrə İngiltərə Premyer Liqasının XVII turunda keçirilməli olan "Börnli" - "Uotford" oyunu təxirə salınıb.

"Report"un məlumatına görə, buna son vaxtlar ölkədə koronavirusa yoluxma hallarının artması səbəb olub.

Qarşılaşmanın yeni tarixi barədə hələlik açıqlama verilməyib.

Klublar bilet alan azarkeşlərdən üzr istəyib.

44 filmi