İngiltərə Premyer Liqasını tərk edən ilk klub müəyyənləşdi

İngiltərə Premyer Liqasını tərk edən ilk klub müəyyənləşdi Əvəzində "Norviç" vəsiqəni vaxtından əvvəl təmin edib
Futbol
18 Aprel , 2021 11:42
İngiltərə Premyer Liqasını tərk edən ilk klub müəyyənləşdi

"Şeffild Yunayted" İngiltərə Premyer Liqası ilə vidalaşan ilk klub olub. "Report"un məlumatına görə, bu, XXXII turun "Vulverhempton"la səfər oyunundan sonra müəyyənləşib.

Pol Hekinqbottonun baş məşqçi olduğu kollektiv 0:1 hesabı ilə uduzaraq, 14 xalla axırıncı pillədə qalıb. "Şeffild Yunayted" sona 6 tur qalmış Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. Mövsüm ərzində 17 qol vurub 56 top buraxan komandanın ən yaxşı bombardiri irlandiyalı Devid Makqoldrikdir. Makqoldrikin aktivində cəmi 6 top var.

Habelə "Vest Bromviç Albion" (24 xal) ilə "Fulhem" (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində "Norviç"in Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı şahzadəsi Musaad ibn Xalid əl-Səud İngiltərənin "Şeffild Yunayted" klubunun Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb.

Son xəbərlər

Orphus sistemi