İngiltərə Premyer Liqasında yeni rekordlar qeydə alınıb

İngiltərə Premyer Liqasında yeni rekordlar qeydə alınıb İngiltərənin "Tottenhem" klubu Premyer Liqada yeni rekorda imza atıb.
Futbol
27 Dekabr , 2021 09:05
İngiltərə Premyer Liqasında yeni rekordlar qeydə alınıb

İngiltərənin "Tottenhem" klubu Premyer Liqada yeni rekorda imza atıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi buna "Kristal Pelas"ı 3:0 hesabı ilə məğlub etdikləri XIX tur oyununda nail olub.

"Tottenhem" ardıcıl 15 mövsümdür ki, "Boxing Day" matçlarında uduzmur. Komandanın 12 qələbəsi və 3 heç-heçəsi var.

Çempionatdakı daha bir rekord "Mançester Siti"nin evdə "Lester"i 6:3 hesabı ilə yendiyi görüşdə qeydə alınıb. Qarşılaşma "Boxing Day" tarixində məhsuldarlığı ilə seçilib. İndiyədək iki komanda birlikdə 9 qol vura bilməyib.

Son xəbərlər

Orphus sistemi