İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi bilindi

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi bilindi Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün təqvimi açıqlanıb.
Futbol
636
20 Avqust , 2020 12:37
İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi bilindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünün təqvimi açıqlanıb. 

"Report"un məlumatına görə, son çempion "Liverpul" ilk turda "Lids Yunayted"i qəbul edəcək.

London təmsilçilərindən "Arsenal" səfərdə "Fulhem"in, "Çelsi" isə "Brayton"un qonağı olacaq. 

I turdakı "Börnli" - "Mançester Yunayted" və "Mançester Siti - "Aston Villa" matçlarının vaxtları dəqiqləşdirilməyib. Buna səbəb Mançester təmsilçilərinin avrokubok oyunlarının gec bitirməsidir. İki komanda arasındakı derbi matçları dekabrın 12-də və martın 6-da olacaq. 

"Everton" və "Liverpul" arasındakı Mersisayd derbiləri 17 oktyabr və 20 fevrala təyin edilib. "Mançester Yunayted" və "Liverpul"un görüşləri isə 16 yanvar və 5 may tarixlərində keçiriləcək. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək. 

Son xəbərlər

Orphus sistemi