London klubunun daha bir oyunu təxirə salındı

London klubunun daha bir oyunu təxirə salındı Futbol üzrə İngiltərə Premyer Liqasının daha bir oyunu təxirə salınıb.
Futbol
2 Yanvar , 2021 16:43
London klubunun daha bir oyunu təxirə salındı

Futbol üzrə İngiltərə Premyer Liqasının daha bir oyunu təxirə salınıb.

"Report"un məlumatına görə, yanvarın 3-də "Börnli" - "Fulhem" görüşü keçirilməyəcək.

Buna "Fulhem" komandasında koronavirusa yoluxma hallarının artması səbəb olub. Daha əvvəl London təmsilçisinin dekabrın 30-da "Tottenhem"lə matçı eyni səbəbdən baş tutmayıb.

Qeyd edək ki, dekabrın 28-dəki "Everton" - "Mançester Siti" oyunu da koronavirusa görə təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi