İngiltərə millisinin baş məşqçisi koronavirusa yoluxduğunu etiraf etdi

İngiltərə millisinin baş məşqçisi koronavirusa yoluxduğunu etiraf etdi Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt koronavirus xəstəliyini keçirdiyini təsdiqləyib.
Futbol
241
16 Noyabr , 2020 15:59
İngiltərə millisinin baş məşqçisi koronavirusa yoluxduğunu etiraf etdi
Qaret Sautgeyt

Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt koronavirus xəstəliyi keçirdiyini təsdiqləyib.

"Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis bu barədə "Sky Sports"a açıqlamasında deyib.

İngiltərəli baş məşqçi bildirib ki, yoluxmanın ciddi fəsadları olmayıb: "İstənilən halda, bunun xoş təcrübə olduğunu deyə bilmərəm. Xoşbəxtlikdən, indi hər şey qaydasındadır".

Qeyd edək ki, Qaret Sautgeyt 10 gün ərzində Şimali Yorkşirdəki evində özünü təcrid edib. Oktyabr ayının sonunda aparılan testlər onun sağaldığıını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi