İngiltərə millisinin 2 futbolçusu karantinə alındı

İngiltərə millisinin 2 futbolçusu karantinə alındı İngiltərə millisinin futbolçuları Meysin Maunt və Ben Çilvell komandadan təcrid ediliblər.
Futbol
21 İyun , 2021 22:39
İngiltərə millisinin 2 futbolçusu karantinə alındı
Meysin Maunt

İngiltərə millisinin futbolçuları Meysin Maunt və Ben Çilvell komandadan təcrid ediliblər.

"Report" xəbər verir ki, buna hər iki oyunçunun Şotlandiya yığması ilə D qrupunun II tur matçı zamanı rəqib futbolçu Billi Gilmorla yaxın təmasda olması səbəb olub.

Gilmordan götürülmüş koronavirus testinin nəticəsi bu gün müsbət çıxıb. Hər 3 futbolçu İngiltərənin "Çelsi" klubunda çıxış edir.

Qeyd edək ki, iyunun 18-də Londondakı "Uembli" stadionunda keçirilmiş İngiltərə - Şotlandiya matçı qolsuz başa çatıb.

Son xəbərlər

Orphus sistemi