İngiltərə Liqa Kuboku: "Çelsi" ilk yarımfinalında "Tottenhem"i məğlub edib

İngiltərə Liqa Kuboku: "Çelsi" ilk yarımfinalında "Tottenhem"i məğlub edib İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçında "Çelsi" "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib. “Report” xəbər verir ki, görüş "Stemford Bric" stadionunda baş tutub.
Futbol
6 Yanvar , 2022 02:32
İngiltərə Liqa Kuboku: Çelsi ilk yarımfinalında Tottenhemi məğlub edib

İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçında "Çelsi" "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş "Stemford Bric" stadionunda baş tutub.

Qarşılaşmada hesab 5-ci dəqiqədə açılıb. Kay Havers Çelsi” azarkeşlərini sevindirib. Ben Davisin avtoqolu (34-cü dəqiqə) sonuncu qol olub.

Komandaların cavab oyunu yanvarın 12-də baş tutacaq. Digər yarımfinalda "Liverpul" və "Arsenal" qarşılaşacaq. İlk görüş yanvarın 6-da keçirilməli idi, lakin Liverpulda koronavirusun yayılması səbəbindən matç yanvarın 13-də baş tutacaq. Cavab oyunu yanvarın 20-də keçiriləcək.

Qeyd edək ki, Liqa Kubokunun final oyunu fevralın 27-də “Uembli” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi