İngiltərə klubunun sabiq baş məşqçisi "Barselona"ya rəhbərlik etmək istəyir
Futbol
- 08 fevral, 2024
- 14:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Tottenhem" klubunun sabiq baş məşqçisi Antonio Konte "Barselona"ya rəhbərlik etmək istəyir.
"Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Bildirilib ki, 54 yaşlı italyan mütəxəssis özü xidmətini Kataloniya klubuna təklif edib. Amma qarşı tərəf hələ ki, ona cavab verməyib.
Ötən ilin martında “Tottenhem”dən ayrılan Konte həmin vaxtdan işsizdir. Mütəxəssis əvvəllər "İnter", "Çelsi", İtaliya millisi, "Yuventus", "Siena", "Atalanta", "Bari" və "Arezzo"nu çalışdırıb.
Qeyd edək ki, "Barselona"nın hazırkı baş məşqçisi Xavi yanvarın 27-də mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb. 44 yaşlı ispaniyalı mütəxəssis 2021-ci ilin noyabrından kataloniyalılara rəhbərlik edir.
Son xəbərlər
18:23
Azərbaycanda sığorta bazarı üçün rəqəmsal pasport yaradılacaq
Maliyyə
18:21
Foto
ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – "Məhsul bayramı" təşkil edilib
Elm və təhsil
18:20
XIV Leo ABŞ-də keçirilən seçkilərdə səs verən ilk Roma Papası olub
Digər ölkələr
18:17
Azərbaycanda qəza riski yüksək olan yollar sığorta məlumatları ilə müəyyənləşdiriləcək
İnfrastruktur
18:16
Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin gücləndirilməsi müzakirə olunub
Xarici siyasət
18:05
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına 110 investor maraq göstərib
Maliyyə
18:04
İSB son 5 ildə 5 milyon manatdan çox kompensasiya ödəyib
Maliyyə
18:01
Sabah Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Fərdi
18:01
Nigeriyada hərbi bazalara hücumların dəf edilməsi zamanı 48 yaraqlı öldürülüb
Digər ölkələr