İngiltərə klubundan millimizin hücumçusu ilə bağlı paylaşım

İngiltərə klubundan millimizin hücumçusu ilə bağlı paylaşım Dadaşovun "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi var
Futbol
18 Mart , 2021 17:29
İngiltərə klubundan millimizin hücumçusu ilə bağlı paylaşım
Renat Dadaşov

Azərbaycan millisinin və İngiltərənin "Vulherhempton" komandasının futbolçusu Renat Dadaşov ağır zədədən sonra kollektiv məşqlərə başlayıb.

"Report" klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, ötən ilin sentyabrında axill vətəri qırılan və bu səbəbdən əməliyyat olunan 22 yaşlı hücumçu U-23 komandası ilə hazırlıqda iştirak edib.

Gənc forvardın məşqdən fotosunu paylaşan Premyer Liqa təmsilçisinin sosilal şəbəkə hesabı üzərində bu sözləri qeyd edib: "Renat Dadaşovun zədədən sonra necə bərpa olunduğunu görmək xoşdur".

Qeyd edək ki, Dadaşovun "Vulverhempton"la 2023-cü ilin yayınadək müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi