İngiltərə klubu "Bavariya"nın hücumçusunu transfer etmək niyyətindədir
Futbol
- 20 fevral, 2024
- 10:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə təmsilçisi "Çelsi" bu yay Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyni transfer etmək niyyətindədir.
"Report"un yerli mənbələrə istinadən məlumatına görə, komanda cari mövsümdə titul qazana bilməsə, ingilis forvardın Münxen klubunu tərk etmək ehtimalı artacaq.
Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. O, Münxen komandasının heyətində 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.
"Transfermarkt" portalı 30 yaşlı futbolçunun dəyərinin 110 milyon avro olduğunu qeyd edib. Keynin "Bavariya" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda bitir.
Son xəbərlər
14:02
Sergeyenko: AQEM təhlükəsizlik arxitekturasının ən inklüziv platformalarından biridir
Xarici siyasət
13:58
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - əlavə olunub
Xarici siyasət
13:57
Çin Azərbaycanın AQEM-də sədrliyinin uzadılmasını alqışlayır
Xarici siyasət
13:52
"Azərişıq" 9 ayda azad edilmiş ərazilərdə 1 100 transformator təmir edib
İnfrastruktur
13:51
Nigeriyada hərbi bazaya hücum nəticəsində azı 10 hərbçi ölüb
Digər ölkələr
13:51
Hun Manet: Kamboca AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsini dəstəkləyir
Xarici siyasət
13:49
Vyetnamın Vitse-prezidenti: Azərbaycan dialoq və əməkdaşlığın inkişafına böyük töhfə verir
Xarici siyasət
13:41
Kambocanın Baş naziri Azərbaycanın AQEM-ə liderliyini yüksək qiymətləndirib
Xarici siyasət
13:39
Türkmənistan Aşqabad İqlim Dialoqunun yaradılmasını təklif edib
Xarici siyasət