İngiltərə klubu AVRO-2020-də huşunu itirən futbolçuya müqavilə təklif edib
Futbol
- 17 yanvar, 2022
- 11:58
Danimarka millisinin futbolçusu Kristian Eriksen yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Brentford" 30 yaşlı yarımmüdafiəçiyə mövsümün sonunadək müqavilə təklif edib.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb.
Son klubu İtaliya "İnter"i olan Eriksen karyerasının ən yaxşı vaxtlarını 2013 - 2020-ci illərdə İngiltərə "Tottenhem"ində keçirib.
Son xəbərlər
17:36
Muttalip Yerlikaya: Türkiyə və Azərbaycan arasında həmişə şirin rəqabət olub
Fərdi17:30
Qazaxıstanda referendumda seçici fəallığı 70 faizi üstələyib - YENİLƏNİB-3
Region17:22
Foto
Cüdo üzrə "İstedadların seçimi" yarışının II turu başa çatıb
Komanda17:16
Video
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Hərbi17:06
İran ABŞ və İsrailə xəbərdarlıq edib
Region16:52
Yevlaxda baş tutan qərb derbisində qalib müəyyənləşməyib
Futbol16:45
KİV: Raket qalıqları ABŞ-nin Qüdsdəki konsulunun iqamətgahına düşüb
Digər ölkələr16:33
Foto
İsveçrə diplomatları İrandan Azərbaycana təxliyə olunub - YENİLƏNİB
Xarici siyasət16:26