İngiltərə klubları transferlərə bir milyard avrodan çox pul xərcləyib

İngiltərə klubları transferlərə bir milyard avrodan çox pul xərcləyib İngiltərə klublarının yay transfer dönəmində xərclənən məbləği açıqlayıb.
Futbol
9 Oktyabr , 2020 15:36
İngiltərə klubları transferlərə bir milyard avrodan çox pul xərcləyib

İngiltərə klublarının yay transferlərinə xərclədiyi məbləğ açıqlanıb.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klublar yeni oyunçular almaqdan ötrü 1,25 milyard ABŞ dolları sərf ediblər.

Statistik göstəricilərdə 1 iyun - 5 oktyabrdakı transfer fəaliyyəti nəzərə alınıb.

İtaliya (543.9 milyon avro), İspaniya (486.6 milyon avro), Fransa (455.2 avro) və Almaniya (348.3 milyon avro) transfer xərcləri baxımından ilk "5-lik"də qərarlaşıblar. Rusiya 75,7 milyon avro göstərici ilə 9-cu olub.

Transferlərdən ən çox gəliri İspaniya (672,1 milyon avro), İtaliya (484,2 milyon avro), İngiltərə (396,5 milyon avro), Fransa (378,6 milyon avro) və Almaniya (354,7 milyon avro) klubları əldə ediblər.

Son xəbərlər

Orphus sistemi