İngiltərə futbol tarixinin rəmzi komandası açıqlanıb

İngiltərə futbol tarixinin rəmzi komandası açıqlanıb Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İngiltərə futbol tarixinin rəmzi komandasını açıqlayıb
Futbol
5 Oktyabr , 2021 11:08
İngiltərə futbol tarixinin rəmzi komandası açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) İngiltərə futbol tarixinin rəmzi komandasını açıqlayıb.

"Report"un məlumatına görə, A komandasında əsasən 1966-cı ildə dünya çempionu olmuş futbolçular yer alıb.

Qapıçı: Qordon Benks

Müdafiəçilər: Cimmi Armfild, Bobbi Mur, Billi Rayt, Eşli Koul

Yarımmüdafiəçilər: Brayan Robson, Bobbi Çarlton, Stenli Metyuz

Hücumçular: Qari Lineker, Cimmi Qrivz, Tom Finni

2010-cu il mayın 11-dən 2011-ci ilin noyabrınadək “Qəbələ”də baş məşqçi, sonralar isə klub prezidentinin müşaviri və idman direktoru vəzifələrində çalışmış Toni Adams, həmçinin Qari Nevill, Rio Ferdinand, Alan Şirer kimi futbolçular B, Con Terri, Devid Bekhem, Ueyn Runi isə C komandasına daxil edilib.

Son xəbərlər

Orphus sistemi