İngiltərə çempionatında unikal rekord qeydə alınıb

İngiltərə çempionatında unikal rekord qeydə alınıb Vest Bromviçin "Houtorns" stadionunda "Vest Bromviç Albion" "Mançester Siti" komandaları arasında İngiltərə Premyer Liqasının 20-ci turunun matçı keçirilib.
Futbol
27 Yanvar , 2021 07:57
İngiltərə çempionatında unikal rekord qeydə alınıb

Vest Bromviçin "Houtorns" stadionunda "Vest Bromviç Albion" və "Mançester Siti" komandaları arasında İngiltərə Premyer Liqasının 20-ci turunun matçı keçirilib.

Görüş qonaqların darmadağın hesablı qələbəsi ilə qurtarıb. Beləliklə, "Mançester Siti" İngiltərə Premyer Liqasında ardıcıl yeddinci qələbəsini qazanıb və 41 xal toplayaraq yarış cədvəlində lider olub.

“Report” İngiltərə Premyer Liqasının tvitter səhifəsinə istinadən xəbər verir ki, liqada unikal rekord qeydə alınıb. Tarixdə ilk dəfə doqquz komanda bir mövsüm ərzində yarış cədvəlinə başçılıq edib.

İngiltərə çempionatının yarış cədvəlində birinci yerdə artıq "Arsenal", "Everton", "Lester", "Liverpul", "Sautqempton", "Tottenhem Hotspur", "Çelsi", "Mançester Yunayted" və "Mançester Siti" olub.

Premyer Liqanın yarış cədvəlində ikinci yerdə 40 xalla “Mançester Yunayted" qərarlaşıb. 38 xalı aktivinə yazan "Lester" lider üçlüyünü qapayıb.

Son xəbərlər

Orphus sistemi