İngiltərə çempionatı: “Mançester Yunayted” ardıcıl üçüncü dəfə məğlub olub
Futbol
- 31 dekabr, 2024
- 02:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə İngiltərə çempionatının XIX turunun matçında "Nyukasl" səfərdə "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib. Görüş "Old Trafford" stadionunda baş tutub.
"Report"un məlumatına görə, qolları Aleksander İsak (4-cü dəqiqə) və Joelinton (19-cu dəqiqə) vurublar.
“Mançester Yunayted” İngiltərə çempionatında ardıcıl üçüncü, son altı oyunda isə beşinci dəfə məğlub olub. Komanda 22 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Nyukasl” ardıcıl dördüncü qələbəsini qazanıb və 32 xalla 5-ci yerdədir.
“Mançester Yunayted” yanvarın 5-də səfərdə çempionatın lideri “Liverpul”la, "Nyukasl" yanvarın 4-də səfərdə "Tottenhem"lə qarşılaşacaq.
Son xəbərlər
20:25
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək
Region
19:57
Foto
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb
Digər ölkələr
19:44
"İmişli"dən ayrılan Fərid Namazov: "Rəhbərliklə aramızda fikir ayrılığı yarandığı üçün sağollaşdıq"
Futbol
19:35
Çinin xarici işlər naziri: Azərbaycan Orta Dəhlizdə mühüm mövqeyə malikdir
Xarici siyasət
19:32
Anar Kərimov IMF və Dünya Bankı Qrupunun İllik Toplantılarında iştirak edir
Maliyyə
19:30
ABŞ Venesuela parlamentinin sədri Xorxe Rodriqesə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr
19:30
Foto
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Xarici siyasət
19:25
İlham Əliyev "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd edib
Xarici siyasət
19:10
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatının yekun hazırlığına başlayıb
Komanda