"Arsenal" İngiltərə çempionatının XXIX turunda "Çelsi" üzərində qələbə qazanıb.
"Report"un məlumatına görə, Londonun "Emirates" stadionunda reallaşan oyun ev sahiblərinin xeyrinə 5:0 hesabı ilə başa çatıb.
Kay Haverts və Ben Uayt dubl ediblər, digər qolu Leandro Trossard vurub.
Bu qarşılaşmadan snra Mikel Artetanın komandası 77 xalla İngiltərə çempionatında liderdir. İkinci yerdə "Liverpul" (74 xal) və "Mançester Siti" (73 xal, ehtiyatda iki oyun) yer alır. "Çelsi" 47 xalla doqquzuncu pillədə qərarlaşıb.
Növbəti turda, aprelin 28-də "Arsenal" “Tottenhem" lə London derbisində qarşılaşacaq. "Çelsi isə bundan bir gün əvvəl səfərdə "Aston Villa" ilə görüşəcək.